***
-Salam.
Necəyəm?
yanğın
ortasında buraxılmış körpə kimiyəm –
qundaqda.
Ardından
heç vaxt
Günəşin
doğmayacağı təpə kimiyəm –
uzaqda...
Ya
da lazımsız bir əşya düşün otaqda;
ağlına
bir şey gəmir, hə?..
Bax,
bax, o mənəm...
Ağlına
gəlməyən nə varsa, hamısı mənəm, mən.
Xatırladığın
qədər varam,
Unutduğun
qədər yoxam.
Günah
içindədir
üstüm,
başım,
yaxam...
Mən
indi, hamının unutduğu bir ünvanam,
Heç
kəsin qapısını döyməyəcəyi bir insanam;
Sol
çiynimdəki mələyin sağ əliyəm,
Sağ
çiynimdəki mələyin qatiliyəm –
dəliyəm mən, dəliyəm!
Quyuda
ipi kəsilmiş peyğəmbər də mənəm,
hamının
ümid etdiyi xeyir,
özünə
xeyri olmayan nəfər də mənəm,
şər də mənəm.
Əl
açılıb dua edilən göy də mənəm,
Üstündə
gəzənləri bir gün udan,
içinə
qatan yer də mənəm,
Nəyinə
lazım, necəyəm?!
Sanki
sənin,
onun,
bunun
dərdi mənəm.
Hələ də soruşursan necəyəm?
0 YORUM yazılıb (Komment):
Yorum Gönder
*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru