İlk səhifə » » ***Olur

***Olur



Ağsaqqal bilmə, hər saqqalı ağı,
Saqqala da boya yaxanlar olur.
Aşılmaz bilmə, hər gördüyün dağı,
Ən yüksək dağa da çıxanlar olur.

İmanlı bilmə, hər başı bağlını,
Dəb üçün də çarşaf taxanlar olur.
Öz ağlın bilmə hər kəsin ağlını –
Bir şeyə başqa cür baxanlar olur.

Əzizin bilmə hər üzə güləni,
Bəzən o kəslər ev yıxanlar olur.
Başqaları sənə qurmaz tələni –
Ya doğmalar, ya da yaxınlar olur.

Qəm yaşı bilmə ; hər gözdən axanı,
Bəzən sevincdən də axanlar olur.
İnsan üzməz öz sevdiyi insanı,
Beyninə min fikir soxanlar olur.

“Qırx nökər”dən birinin bəxti çalır.
Bir gün gəlir – yanında xanlar olur.
İnsan ya yüksəlir, ya da alçalır,
Hər addım yoluna çıxanlar olur.

Zamir Erkin Agazade   |   02.08.2009/Şəki
Paylaş bunu :

2 YORUM yazılıb (Komment):

  1. BU WEIRLERINI ARADA SEHIFEDE PAYLAWSAN,YAXWI OLAR.BU CUR WEIRLER COX XOWUMA GELIR.FERQLILIYIN DE HEMIWEKI KIMI OZ YERINDE!

    YanıtlaSil
  2. Bu heyatin her uzunu goruruk.Insanlarin ise diger uzunu gorunce ilkini xatirlamaq cetin olur.Gozel seirdir,cox derin mena var bu seirde.Sag ol.

    YanıtlaSil

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2025. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru