Vicdan – içimizdə olan işıqdır. Bizim gözümüzü həqiqətə açan işıq. Nə
yazıq ki, bəzi insanlar öz içlərində onu
görməyəcək qədər kordurlar. Vicdan bizə işıq olmadıqca, kor-koranə yanlış addımlar
atacağıq.
Vicdan – içimizdə olan bələdçidir. Bizi günah və yaxud yanlış olaraq qəbul edilən əməllərdən çəkindirən, doğru yola aparan, bataqlığa sürüklənməyimizin qarşısını alan bələdçi.
Vicdan – içimizdə olan bir hakimdir. Bizim üçün ən doğru olanı seçəcək hakim.
Vicdanın rahat olmalıdır. Vicdanın rahat olmadıqca,
hüzur tapa bilməyəcəksən. Gecələr başını yastığa yox, sanki bir daşa qoyubmuş kimi
hiss edəcəksən özünü. Ta ki, vicdanın dediyini edənə qədər.
Doğrular bəzən bizim əleyhimizə olur və biz onu öz xeyrimizə dəyişirik. Burada vicdanımız bizə əngəl olmağa çalışsa da ambissiyamız onu üstələyir. Biz nələrisə kimlərdənsə gizlədə bilərik, lakin özümüzdən – vicdanımızdan gizlətməmiz mümkün deyil. Vicdan hər dəfə üzümüzə vuracaq etdiyimiz bu yanlışı, hər dəfə bizə peşmanlıq duyğusu yaşadacaq.
Vicdanın varlığından məhrum bir insan, kompası olmadan səhranın ortasında yolunu azmış kimidir.

pis deyildi
YanıtlaSiliyi iyi
YanıtlaSil