Mən və ədəbiyyat


Yazmağa nə vaxt başlamışam?? -Əlim qələm tutandan..
Amma 12-13 yaşımdan etibarən isə başqalarından fərqli şeylər də yaza bildiyimin fərqinə vardım.. İçimdən gələn bu sözləri rep adı ilə qələmə alır, sonra isə oxuyaraq yaxınlarımın zəhləsini tökürdüm.. 14 yaşımda isə ilk şeir dənəməmi etdim və uğurlu da alındı.. Yazmış olduğum ilk şeir - şairə Gülxar Cəbiqızının mənə yazdığı 3 bəndlik şeirə cavab oldu..
Sonra isə yavaş yavaş mən də yazmağa başladım.. beləcə hər şeir yazdıqca köhnə şeirlərimdə qüsur axtardım.. Hər vəzni, hər qəlibi və onları ədəbiyyatımızda kimlər işlətdiyini araşdırdım.. Nələrin olduğunu, nələrin olmadığını öyrəndim.. 2006-cı ildə Ağdam rayonunun "Qeyrət Qalası" qəzetində Qarabağ Bizimkidir adlı şeir dərc etdirdim.. Bu isə mənim mətbuatda dərc olunan ilk şeirim oldu.. 2008-ci ildən isə netdə də bəzi şeir və yazılarımı dərc etməyə başladım.. 2009-cu ildə şeir nominasiyası üzrə  II “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin finalçılarından birisi oldum. Sonrakı illərdə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Bölgələrdən Səslər" layihələrində şeirlərimlə yer almışam.
Ölkəmizdə və Türkiyədə sənət portallarında, dərgilərdə  yazılarım çap edilib və edilir.
-----------------------------------------------------

5 YORUM yazılıb (Komment):

  1. Salam Zamir evvela qardasim yeni saytin acilmasile seni tebrik edrem,haqinda yazdiqlarini oxudum ve cox duygulandim,her seyi cox deqiq ve yerinde qeyd etmisen.Cox seviniremki senin kimi bir insanla bir yerde herbi qulluqda olmusam ve aramiz hemise yaxsi olub.Men seni taniyanda hiss etdimki sende basqalarinda olmayan musbet (+) nese var.Ugurlarin davami olsun insallah.

    YanıtlaSil
  2. IMZA:Seni her zaman ureyinde ysadan qardasin TURAL.

    YanıtlaSil
  3. Çox Sağ ol, Tural! Mən də sənin kimi bir təmiz ürəkli insanı tanıdığım üçün şadam. Xoş arzulara görə minnətdaram. Allah razı olsun, qardaş! (:

    YanıtlaSil
  4. miflere qowulma

    YanıtlaSil

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2022. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru