Zamir Erkin Agazade Her gün aklımdan geçiyorsun, insan bir selam verir

Külək (tanka)



Acmışdı külək;

gecə bir dişlək aldı

evin üzündən.

Yerə zəvvar enmişdi -

evimiz Kəbə idi.


Qeyd: O gün külək evimizin şiferini qoparmışdı.

Get, qızım!

 

Yol görünür?
-get, qızım.
Çox çək-çevir eləmə.
çiçəklərə heyifdir,
“sevmir-sevir” eləmə.

Yol görünür?
-get, qızım.
Durmağın mənası yox,
bir könlü dəfələrlə
qırmağın mənası yox.
Qürur bir dəfə qırılar,
insan bir dəfə vurular,
yorular ürək, yorular..

Yol görünür?
-get, qızım.

Bəxtin ögeyiyəm - əlimi tutmur


Təkcənəm, birdənəm, birim, hardasan?

Bilmirsən, darıxır,
darıxır necə;
darıxır səninçün biri hardasa...
Yaralar incidir, sanki içincə -
göynəyir qəlbimdə yerin, hardasan?

Bəxtin ögeyiyəm - əlimi tutmur,
vüsal çox uzaqdır, dilimə yatmır.
Mən sənə çatmıram, sənə mən çatmır,
yarım qalmışam mən, yarım, hardasan?

Qəlbinin ağrısı nədir, bilmirəm,
Bilirəm: 
çətinəm, bir az dərd-sərəm.
Soyutmur ayrılıq, bəlkə öldürə?!
Soyuldum mən səndən, dərim, hardasan?

Saçından ayrılan yol harda bitir?
- gəlim, mən qürursuz – hər şeyə xətir.
Sənə inanırdım, inancım itir,
Başına döndüyüm – pirim, hardasan?

Təkcənəm, birdənəm, birim, hardasan?

02.2023

Uzaqların şeiri


***

Yaxınlığı çoxmu gördün,

uzağımda nə gəzirsən?

adın əzbərdir
dilimdə,

dodağımda,

nə gəzirsən?

 

Nə gəzirsən yad şəhərdə?

Suyunmu çatmadı sənin,

çörəyinmi yetmədi?

Sevgimmi sənə az gəldi,

ürəyimmi yetmədi?

 

Nə gəzirsən yad şəhərdə?

Orda havalar zəhərli...

orda altı ay gecədir,

burda altı ay zəhərdi.

 

Nə gəzirsən yad şəhərdə?

Xırda səsə diksinərdin;

qorxudacaq axı səni,

yad ürəyin tıqqıltısı...

cəhənnəm, göy şaqqıltısı.

Nə gəzirsən?..

 

Yaxınlığı çoxmu gördün,

uzağımda nə gəzirsən?

adın əzbərdir
dilimdə,

dodağımda,

nə gəzirsən?



 

Bilsəydi, yazıq ana...

bilsəydi, yazıq ana,

oğlu torpaqçün ölər,

dizi torpaq olanda

o vaxt vurmazdı şillə...

 

bilsəydi, yazıq ana

öpərdi dizlərindən,

öpərdi gözlərindən,

sarılardı dörd əllə,

o vaxt vurmazdı şillə...

 

bir oğul gəlir evə:

üzündə barmaq izi,

dizində torpaq izi –

başında isə güllə!

bilsəydi, yazıq ana,

o vaxt vurmazdı şillə...

bilmədi.

 

14.09.2022


Zamir Erkin

Mövlud kimi...

Mövlud Mövludun xatirəsinə...

 

üzündəki gülüşlərin

parçalandı göy üzündə –

bulud kimi;

Dedilər ki, yağış olub,

dolu düşüb –

Mövlud kimi...


Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2025. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru