Bu şeirin
tarixçəsi belədir: Sazda ifasını sevdiyim və hərdən dinləməyə yanına getdiyim
bir dostum var idi – Qurbanov Bəxtiyar. Gədəbəydən olan bu dostum saz ifa etməklə
yanaşı, ara-sıra cızmaqara da edər – nəsə yazardı. Ən sevdiyim mahnı bu idi: “Harda olsan gələrəm, təki sən səslə məni”. Sazda çox gözəl səslənir bu mahnı. Bir gün
söhbət əsnasında bu dünyadan və haqsızlıqdan danışdı. Sonra mən bundan təsirlənib
bu şeiri yazdım.
Görürəm ürəyin
doludur, qardaş,
Yanıb göynəməklə
gedəsi deyil.
Hər dərdə
dözürük – bağrımızda daş,
Yazıb söyləməklə
bitəsi deyil.
Haqqımız danılır,
biz göz yumuruq,
Fağırın,
yazığın üstə cumuruq.
Çox şey istəyirik,
çox şey umuruq,
Yazıb söyləməklə
bitəsi deyil.
O buna, bu
ona edir paxıllıq,
Hər yerdə
cücərir, bitir paxıllıq.
Paxılın içini
didir paxıllıq,
Yazıb söyləməklə
bitəsi deyil.
Çirkaba batdıqca
batır insanlar,
Haramı halala
qatır insanlar.
Vicdanı,
namusu satır insanlar,
Yazıb söyləməklə
bitəsi deyil.
Yaradan
yaşatsa, yüz il də bizi,
Belə öyrədiblər
əzəldən bizi..
Düzəltsə o
dünya düzəldər bizi,
Yazıb söyləməklə
bitəsi deyil.
Zamir Erkin
Agazade
TECILI KITAB LAZIMDI.COX GOZELDI.UREYINE SAGLIK!BIG LIKE!
YanıtlaSilEladir.Ne yazmagin ne de soylemeyin hec zaman bitmesin.Hec vaxt tukenme!!
YanıtlaSilGec gec baxiram ama cox yaxwi yazirsan zamir. ugurlarini gorek
YanıtlaSil