İlk səhifə » , » Solum ağrıyır...

Solum ağrıyır...

 






***
Təkliyi əynimə elə biçmisən, 

çıxarıb bir yana ata bilmirəm. 

Ağlımı başımdan almısan deyə 

başımı heç nəylə qata bilmirəm. 


Əlin əllərimdən süzüldü iptək; 

Başını qoyduğun qolum ağrıyır... 

Qalmışam mən indi bir quru çöptək – 

Sağam, 

Bilmirlər ki, solum ağrıyır... 


İçimi ovutsam, çölüm incidir, 

çölümü unutsam, içim incidir. 

Hər gün evə qaçan, yanına gələn 

ayağım incidir, qıçım incidir. 


Sanki bəxtimizə daş bağlayıblar, 

sonra da atıblar kor bir quyuya... 

Axı hansı dildə yalvarım ki, mən, 

Bir tanrı bəndəsi səsimi duya? 


Zamir Erkin



Paylaş bunu :

0 YORUM yazılıb (Komment):

Yorum Gönder

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2025. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru