İlk səhifə »
Şeirlər
» Faydası yoxdur
Faydası yoxdur
Bilmədik qədrini biz məhəbbətin,
Duymadıq ətrini biz məhəbbətin,
Sındırdıq çətrini biz məhəbbətin;
İndi peşmanlığın faydası yoxdur..
Aramızda məsafələr yarandı,
Bir birə qarşı şübhələr yarandı,
Söyləməyək: -bunlar hədər yarandı..
İndi peşmanlığın faydası yoxdur..
Yalanla aldatdıq bir-birimizi,
Yamanca ağlatdıq bir-birimizi,
Yadlara anlatdıq bir-birimizi..
İndi peşmanlığın faydası yoxdur..):
Zamir Erkin Agazade ;
"Faydası yoxdur", 2008
Bunlara da baxın:
If you enjoyed this article click here, or subscribe to receive more great content just like it.
0 YORUM yazılıb (Komment):
Yorum Gönder
*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru