İşğal oldu Qarabağ, çapıb talan etdilər,
Qanla yuyuldu torpaq, hər yeri qan etdilər.

Zülm əlindən camaat elindən gedər oldu,
Yurd köçdü; qaldı ocaq, yerlə-yeksan etdilər.
Müxənnət gülləsinə tuş gəldi neçə insan,
Şəhid oldu uşaqlar, qana qəltan etdilər.
Evdə qaldı kimisi: qoyub qaçmaram- dedi,
Getmedi evdən uzaq, öz canından etdilər.
Güllələndi "Natəvan", "Vaqifin abidəsi",
Dilsiz heykəli, Allah, gülləboran etdilər.
Zamir, əlbət gün gələr, haqq öz yerini tapar,
Çünki o yurdu tapdaq, həm də viran etdilər ...
Inwallah qelebemiz haqqinda da tezlikle weir yazarsan!
YanıtlaSil