İlk səhifə » , » Xoşbəxt ikili / (Sayyara Nabi ve Zamir Erkin)

Xoşbəxt ikili / (Sayyara Nabi ve Zamir Erkin)



----------------------------------
Sayyara Nabi
Gözlərin yol çəkir, sevgilim, yenə.
De, kimi gətirir qəlbinə sənin?
Mən bütün ömrümü həsr etdim sənə.
De, niyə sevgimlə sən yetinmədin?


Zamir Erkin
Gözümü yollardan çəkə bilmirəm,
Getdiyin yollara dikilib qalıb,
Üzgünəm, göz yaşı tökə bilmirəm,
Fikrimdə bir “xoşbəxt ikili” qalıb..


Sayyara Nabi
Mən sənsiz ağlarkən tənha gecələr
De, kimə həsr etdin gülüşlərini?
Həsrət qaldım günlərlə gül üzünə,
De, kimə həsr etdim öpüşlərini?


Zamir Erkin
Güləndə üzündə güllər açardı,
Qoxlardım, öpərdim gül üzünü mən..
Bu nağılda “heç kim yox, biri vardı”..
Səni sevdim, unutdum özümü mən.


Sayyara Nabi
Əlllərim donarkən yalnızlığımdan.
De, kimi isitdi sənin əllərin?
Soyuq baxışların qovdu qəlbindən,
De, kimi gizlədi sirrli Gözlərin?...


Zamir Erkin
Sevirəm deyərdin, dönə-dönə sən,
Ağlımdan, fikrimdən çıxmır sözlərin..
Bəlkə, bağışlayıb geri dönəsən?!..
Bilirəm, darıxıb mənsiz gözlərin.. ;)

9;11.08.2012
Paylaş bunu :

0 YORUM yazılıb (Komment):

Yorum Gönder

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2025. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru