Ayrılıq hüznünü yaşadıb
getdin
Sevən gözlərimi yaş
edib getdin,
De niyə, nə üçün,
səbəbi nəydi?
Gecələr sən məni
yuxusuz qoydun,
Sevgimi məhv etdin
duyğusuz qoydun,
Dərin yara açdın, sonra
duz qoydun
De niyə, nə üçün,
səbəbi nəydi?
Qırdın ümidləri puç
eylədin sən,
Ülvi məhəbbəti heç
eylədin sən,
Mənim həyatımdan köç
eylədin sən,
De niyə, nə üçün,
səbəbi nəydi?
15.06.2010~
əsgərlikdə yazdıqlarımdan..
0 YORUM yazılıb (Komment):
Yorum Gönder
*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru