İlk səhifə »
Dialoq
,
DUpoET
» Hər şeydən bir az... (Zamir Erkin Ağazadə və Səyyarə Nəbi--- Sual- Cavab)
Hər şeydən bir az... (Zamir Erkin Ağazadə və Səyyarə Nəbi--- Sual- Cavab)
Zamir Erkin Aghazadeh
Nəsə yazmaq istəyirəm, amma bilmirəm nə
Səyyarə
Aglına nə gəlir?
Zamir Erkin Aghazadeh
Yəni sizə bilmirəm nə yazım
Səyyarə
Olur da bəzən hərflər belə çox gəlir insana..
Zamir Erkin Aghazadeh
Hansı hərfdən sonra hansını gətirsəm düzgün olar deyə düşünürəm
Səyyarə
Bilirəm... hiss etdim...
Zamir Erkin Aghazadeh
Kaş ki, hər hiss etdiyimiz doğru olsaydı,
Seçim edərkən yanılmayaydıq
Səyyarə
O qədər yanilmışamkı...
Əslində bilə bilə etmişəm yanlişları
Zamir Erkin Aghazadeh
Bəzən olur, bilə bilə nəyisə edirik
Məsələn günahlarımıza görə cəzalandırılacağımızı bilə bilə yenə günah edirk
Səyyarə
Yanlış oldugunu bilə bilə, bir umid yaradiriq ozumuzə, dogru donu geydiririk yanlişlarimiza, bəraətlər uydururuq səhvlərimizə...
Zamir Erkin Aghazadeh
Hə, ürək həqiqətən də çox safdır.. biz onu nəyə inandırırıqsa, o da inanır
Səyyarə
İnanan ürək də deyil... o da hiss edir. amma biz onu da susdururuq. yalnişlara gedirik gozümü yumub
Zamir Erkin Aghazadeh
Gözümüzü yummuruq, gözümüzü bağlayan hisslər olur, hansı ki, ona sevgi deyirik
Səyyarə
Sevgi....
mənə demə sevgi
bu hissə nifrət edirəm
pesimanlıq, yanlış,
yalnizliq
bütün pis şeylər
Zamir Erkin Aghazadeh
Həə, ilk əvvəl elə gözəl görünür ki, adam onun bu sehrinə aldanır elə
sonra açıb iç üzünü, pisliklərini göstərir
amma artıq olan olur
geri addım atmağın mənası olmur
Səyyarə
Silmişəm o hissi lugətimdən
Zamir Erkin Aghazadeh
Məndə hələ də qalıb
amma heç kim anlaya bilmir ki bu nə deməkdir mənim lüğətimdə
hamı özlərinin başa düşdüyü kimi bilir,
amma mənim lüğətimdə olan sevgi isə başqa məna ifadə edir
Səyyarə
Mən ürəyimi də baglamışam... bu iki şey yalniz əzab verir...
Zamir Erkin Aghazadeh
Ürəyi bağlamaq kifayət deyil, açarı itirmək lazımdır, bəzən açar əlimizdə olur və biz kiminsə sözlərinə inanıb açmağa niyətlənirik
Səyyarə
Biz urəyimizi onun dəyərini bilməyənlərə etibar edirik , onlar da qirirlar, əzirlər, uzurlər...
Aciz qılır insani sevgi...
Zamir Erkin Aghazadeh
Hə, dəyərin nə olduğunu bilməyən heç dəyər verməyi də bilməz.. biz isə dəyərsizlərə dəyər verib onlara qəlbimizi açırıq, onlara qəlbimizdə yer veririk, və bir gün ... və bir gün olan olur...
Səyyarə
Olanlar ən gozləmədiyimiz zaman olur... axı niyə...?
Niyə bu urək sapır əməlindən?
Yalniz qanı dovran etməlidir... niyə sevir?
Yaşatmalıdır....niyə öldürür...?
Yaşarkən öldürür...
Zamir Erkin Aghazadeh
Sevgi bəlkə şeytani bir hissdir.. çünki şeytan bizim qanımızda olur və qan da nəticədə ürəyə yol tapır.
Elə buna görə də bəzən bizi günahlara sövq edir, insan onu yaşadıqca zövq verir.. daha sonra adiləşir, ucuzlaşır..
Səyyarə
Yaşadıgımız sürədə sevməyə məhkumuq...
Elədirmi?
Demək ki, əzab çəkməyə məhkumuq...
Demək yanlişlara ... peşimanlıqlara... goz yaşlarına... əzablara məhkumuq...
Bəs xoşbəxtlik...?
Varmı sevgidə xoşbəxtlik?...
Zamir Erkin Aghazadeh
Var amma hər insanla onu tapmaq olmur
Düşün ki bir yola bələd olmayan var, bir də o yola yaxşı bələd olan, o yola bələd olanla yol yoldaşı olmaq daha yaxşı olar, çünki o səni istədiyin yerə aparacaq.
O birisi isə səni yarı yolda qoyacaq.
Bəlkə də qaçacaq...
Tək qalacaqsan...
Yalqız qalacaqsan...
Dərdlər və qorxular üstünə-üstünə gələcək...
Sonra xoşbəxtliyə getmək yolunda içindəki həvəs öləcək.
Səyyarə
Niyə yari yolda qaliriq hər zaman?...
Zamir Erkin Aghazadeh
Doğru yol yoldaşı tapmadığımız üçün...
Sonra kimə inanacağımızı da bilmirik...
Güvən hissimiz azalır...
Səyyarə
Xoşbəxtlik nədir?
Zamir Erkin Aghazadeh
...mən də onu axtarıram...
Səyyarə
...tapanlar varmı...?
Zamir Erkin Aghazadeh
Hərdən küçədə gülən dəliləri görürəm və düşünürəm görəsən onlar nəyə gülürlər?
Yoxsa xoşbəxtdirlərmi?
Bəlkə xoşbəxtliyi tapmaq üçün dəli olmaq lazımdır?
Bilmirəm...
Səyyarə
Sən əminsən ki, onlar dəlidirlər...?!
Bəlkə də dəlilər bizik...
Onlar biz gormədiklərimizi gorurlər deyə onlara dəli deyirik.
Kəlkə biz görmə özürlüyük...
Zamir Erkin Aghazadeh
Yəqin ki elədir...
Səyyarə
Onlar dogru bəlkə biz yalnışıq
Zamir Erkin Aghazadeh
Lazım olanı görmürük.
Yaxınımızdadır, amma görmürük...
Boşuna nəfəs xərcləyirik.
Səyyarə
Onlar bəlkə də həyatı dərk edirlər amma biz dərk etmirik...
Sevgi nədir...? xoşbəxtliyin tək qafiyəsi bədbaxtlıgdırmi?
Zamir Erkin Aghazadeh
Hə, onlar hər şeyə və hər kəsə eyni yanaşırlar, biz isə birinə qəlbimizdə, birinə çiynimizdə, birinə başımızda yer veririk.. bir də baxırıq ki iş işdən keçib...yerlərdəyik...
Səyyarə
Sən heç sevmisən?...
Zamir Erkin Aghazadeh
Hə, dostumu sevmişəm...
Sevgim dostuma xəyanətim olub.
Səyyarə
Sevgi itkin olub...?
Zamir Erkin Aghazadeh
Hə...
Mənə çox istədiyini deyirdi, mən isə sevdiyini düşünürdüm.
Səyyarə
Bax... yanılmısan...
Şeytan dogruya ən yaxın yerdən sapdırır insanı.
Zamir Erkin Aghazadeh
İçimmdəki boşluğu onunla doldururdum.
Səyyarə
Demək ki sən də sevgini yanlış anlamısan.
Zamir Erkin Aghazadeh
Mənə elə gəlirdi ki məndə bir əskiklik var: və o əskiklik onun mənim sevgiilim olmamasıdır.
Sən demə yanılmışam...
...amma mən həqiqətən sevmişdim...
Səyyarə
Sevmək azdır amma
Zamir Erkin Aghazadeh
Çox şey oldu ondan sonra çox şey dəyişdi...
Amma dəyişməyən bir şey oldu......
...Ona olan sevgim..
Səyyarə
...ya da sevmək artıqdır...
Zamir Erkin Aghazadeh
Onu ağlımdan çıxara bilmədim...
Hirsimdən sevmirəm deyirdim
Sonra darıxırdım və ona ehtiyac duyurdum
O idi sanki məni tam edən onsuz yarım qaldım
Səyyarə
Hər zaman belə olur...
Sevirsən...canin qədər...
O tərkedir...
Öncə qəzəb duyursan...
Nifrət edirsən...
Adını belə anmırsan...
Zamanla nifrət azalır...
Boşluq duyuran....
...darıxırsan...
...nifrət özləmə keçir...
Darixirsan...
...sonra yenə sevirsən...
O gedir, onun buraxdıgı boşlugu sevirsən...
...amma yenə də sevirsən...
Zamir Erkin Aghazadeh
Amma yenə də sevirsən ...
Siz bunları yaşamısınız?
Səyyarə
Bəlkə də yaşamışam...
...bəlkə də yaşatmışam...
...bəlkə də yaşayanları seyr etmişəm...
Zamir Erkin Aghazadeh
Yaşatmısız?
Səyyarə
Hamısından bir az...
Zamir Erkin Aghazadeh
Hə, kiminin həyatınd başroldayıq, kiminin həyatında isə epizodik...
Səyyarə
Bəli...
Bir epizodun qisasini bir cox həyatların başrollarında çıxırıq...
Qəsdlə deyil...
...sadəcə qırıq qəlbdən uzaq durmaq lazım oldugunu bilməlidirlər...
Zamir Erkin Aghazadeh
Sadəcə biraz insan olmaq lazımdır.
Səyyarə
...qırılan qəlb qırıq şüşə kimidir... qırıqları yaralaya bilər...
Zamir Erkin Aghazadeh
Sadəcə biraz anlamaq lazımdır...
Əgər hansısa yaraya məlhəm edə bilməyəcəksənsə onda qanatma.
Səyyarə
Yaralı qəlbdən uzaq durmaq lazımdır...
Zamir Erkin Aghazadeh
Bəs o yaraları örtə biləcəyimə inansam necə?
Səyyarə
Yorma ozünü...
...sən də yaralanarsan...
Zamir Erkin Aghazadeh
Mən də yaralansam bəs kim olacaq həmdəm?
Ona da deyəcəklər yorma özünü?
Mənə də həmdəm olan tapılmayacaq?...
Səyyarə
Sən də yaralanacaqsan... sonra yaralayacaqsan...
O yaralanan məni bəddua edəcək...
...olmasın belə...unut...olmamış bil...
Zamir Erkin Aghazadeh
...unutdum...
Səyyarə
... ... ... ...
Zamir Erkin Aghazadeh
Shift+delete beynimizdə olmalıydı əslində.
...lazımsızları birdəfəlik silmək üçün...
Səyyarə
Olmur...
...alınmır...
...silinən ondan gerisi və ondan sonrasi olur...
...amma o olmur...
Zamir Erkin Aghazadeh
Hər şey istədiyimiz kimi olmur...
Taleyin oynatdığı marionetəm mi yoxsa?
Mən niyə istədiyim kimi oynaya bilmirəm öz rolumu...?
Səyyarə
Biz taleyin itirdiyi oyuncaqlarıq...
Öz rolumuzu da oynaya bilmirik...
Qılırıb iplərimiz...
...yıxılırıq...
Zamir Erkin Aghazadeh
Deməli iplərimiz qırılıb deyə bu cür kontrolsuz hərəkətlər edirik..
Səyyarə
Çunki alışmamışıq...
...itirmişik yolumuzu...
...rolumuzu...
Zamir Erkin Aghazadeh
Onda mən əbəs yerə artistlik etməyim
Səyyarə
Olmamış bilək...
...danişmamış...
...düşün ki susmuşuq...
...danışmamışıq...
...yorma ozünü...
Zamir Erkin Aghazadeh
Bəli...
Səyyarə
Xoşbəxtliyini məndə axtarma...
Mən ozum artıq axtarmıram...
Səni incitməyim...
Zamir Erkin Aghazadeh
Axı xoşbəxtliyi səndə görürəm...
Səyyarə
Sən də dəlisən?
Zamir Erkin Aghazadeh
Səndədir deyə axtarmırsan.
Səyyarə
Mən gormədiyim şeyi gorursən...
...ya mən gormək özürlüyəm...
...ya da cahil...
...ozümdə olanı illər boyu axtarmaqla məşgul olmuşam...
...bəlkə elə buna gorə qırılmışam...
Zamir Erkin Aghazadeh
Bəlkə də uzaqda axtarmağın olub.
Səyyarə
Bəlkə buna gorə qırılıb qəlbim...
Zamir Erkin Aghazadeh
Ən böyük səhvin...
...bəlkə də...
Səyyarə
Bəlkə də haqlısan...
Xoşbəxtlik bizim ozümüzdədirsə o zaman sən niyə ozündə axtarmirsan?
Zamir Erkin Aghazadeh
Çünki biz öz xoşbəxtliyimizi başqasında, başqasının xoşbəxtliyini isə özümüzdə görürük.
Xoşəxtliyimizi başqasında, başqsının yanında axtarırırq.
Düşünürük ki xoşbəxtliyimiz onun yanındanır.
Və yaxud onunladır.
Amma bu bəs etmir...
Səyyarə
Sən də yanılırsan demək...
Zamir Erkin Aghazadeh
Eh...
...hamımız hardasa yanılırıq...
Səyyarə
Mənim nə istədiyimi başqası necə bilsin ki...
Xoşbəxtliyi başqalarında gördüyümüz üçün yalnızıq....
Zamir Erkin Aghazadeh
Birisini xoşbəxt etmək üçün bəs neyləməliyik?
Səyyarə
Mən bilmirəm...
Zamir Erkin Aghazadeh
Nə vaxt özünü xoşbəxt hiss edərdin?
Səyyarə
Xoşbəxtlik nisibidir.
Zamir Erkin Aghazadeh
Hər insana qismət olmur yəni?
Səyyarə
...olmur...
...hər insan dərk etmir...
Zamir Erkin Aghazadeh
...hmm...
Səyyarə
İtirmə ümidini...
xoşbəxt olarıq...
sən də...
bəlkə mən də...
hələ yolun başındasan...
xoşbəxtliyə gedən yol heç zaman düz və hamar olmur...
güclü olan əyriləri kələ-kotürləri aşa biləndir...
Sən güclü ol...
mən də güclü olacam...
yolun sonunda görüşərik bəlkə...
bəlkə də unuduldum...
bəlkə sən unuduldun...
Zaman...
bu sualların tək bir cavabı var...
Zaman...
Sənə dərman olacaq Zaman arzulayıram...
Bunlara da baxın:
If you enjoyed this article click here, or subscribe to receive more great content just like it.
tək sözlə harikuladə. davamını gözləyirik... :)
YanıtlaSilMARAQLIDI!COX GOZEL!
YanıtlaSil