İlk səhifə » » Vicdan nədir?

Vicdan nədir?


Zamir Erkin Agazade /   zmr@lenta.ru

    Vicdan – içimizdə olan səsdir. Bizi doğru yola səsləyən səs. Nə yazıq ki, bəzi insanlar onun səsini duymayacaq qədər kardırlar. Vicdanı biz duymadıqca,  bütün həssasiyyətimizi itirəcək, ətrafda baş verən hər şeyə laqeyd olacağıq.
    Vicdan – içimizdə olan işıqdır. Bizim gözümüzü həqiqətə açan işıq. Nə yazıq ki, bəzi  insanlar öz içlərində onu görməyəcək qədər kordurlar. Vicdan bizə işıq olmadıqca, kor-koranə yanlış addımlar atacağıq.
    Vicdan – içimizdə olan bələdçidir. Bizi günah və yaxud yanlış olaraq qəbul edilən əməllərdən çəkindirən, doğru yola aparan, bataqlığa sürüklənməyimizin qarşısını alan bələdçi.
    Vicdan – içimizdə olan bir hakimdir. Bizim üçün  ən doğru olanı seçəcək hakim. 

Vicdanın rahat olmalıdır. Vicdanın rahat olmadıqca, hüzur tapa bilməyəcəksən. Gecələr başını yastığa yox, sanki bir daşa qoyubmuş kimi hiss edəcəksən özünü. Ta ki, vicdanın dediyini edənə qədər.
Doğrular bəzən bizim əleyhimizə olur və biz onu öz xeyrimizə dəyişirik. Burada vicdanımız bizə əngəl olmağa çalışsa da ambissiyamız onu üstələyir. Biz nələrisə kimlərdənsə gizlədə bilərik, lakin özümüzdən – vicdanımızdan gizlətməmiz mümkün deyil. Vicdan hər dəfə üzümüzə vuracaq etdiyimiz bu yanlışı, hər dəfə bizə peşmanlıq duyğusu yaşadacaq.
Vicdanın varlığından məhrum bir insan, kompası olmadan səhranın ortasında yolunu azmış kimidir.
Paylaş bunu :

2 YORUM yazılıb (Komment):

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2025. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru