İlk səhifə » » Yanımda olaydın kaş

Yanımda olaydın kaş



Pəncərədən
     yağan yağışa baxıram;
damlalar yerə düşüb dağılır-
        bir aşiqin oxu daşa dəydiyi kimi...
Mən isə darıxıram:
               ürəyim sıxılır,
       Yanımda olaydın kaş...
Mənim gözlərimdən yaş,
            pəncərədən yağış süzülür...
          Qəlbim çox üzülür!
Sənsiz mənə çətindir,
   Qəfil qapını aç,
                 içəri gir!..
Nə qədər xəyal qurmaq olar..?
Nə qədər bir şeyi düşünüb,
    beyni yormaq olar!..

Ən gözəl hisslərim,
        arzularım sənədir...
Həyatımda baş verənlər isə
                   istəklərimin əksinədir.
Bu yağışlı gün...
     necə də soyuqdur:
üşüyürəm...
Çünki otağımın istisi yoxdur;
                sənsizlikdən üşüyürəm.
Otağımı,
     Yatağımı
            İsidən sənsən...
Mənim soyuq sözlərimi də
                eşidən sənsən.
Qəlbimdə bambaşqadır yerin
                          çoxdur dəyərin.
Sənsiz ömür
      Ömür deyil!
Bunu bil!.. 
Paylaş bunu :

0 YORUM yazılıb (Komment):

Yorum Gönder

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2025. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru