İlk səhifə » » DÜNYA GƏLDİ - GEDƏRDİR

DÜNYA GƏLDİ - GEDƏRDİR




Şair, dünya gəldi-gedər,
Ömrün günü bir gün bitər.
Günlərini versən hədər,
Ötən günlər geri gəlməz.
 
Biz də “5 günlük” bir qonaq,
Həyat isə çətin sınaq...
İnsan, olur sonda torpaq,
Sümük qalar, dəri qalmaz
 
Hər kəsin borc bir canı var,
Bu dünyanın da sonu var.
Fələyin min-bir donu var,
1000-i olar, 1-i olmaz...
 
İnsan dərdi görə-görə,
Anlamıram nəyə görə,
Doymaq istəmir ömürə?!
Heç kimsə bu sehri bilməz.
 
Bir çox ocaqlar boş qalar,
Neçə gözlərdə yaş qalar.
Nə dost, nə də tanış qalar,
Ölən ölər, yeri dolmaz!
 
         ZAmir Erkin Agazade

Paylaş bunu :

0 YORUM yazılıb (Komment):

Yorum Gönder

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2025. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru