Addım-addım ölüm gəlir yaxına,
Hər şeyə çarə var, çarə yox ona.
Hamı vida edir ömür taxtına,
Sən də müvəqqəti şahsan dünyada.
Əcəl hər insanı gəlib haqlayır,
Cavanına, qocasına baxmayır,
Hər bir kəsin sonda yolun bağlayır,
Hamı kimi bir qonaqsan dünyada...
Güvənmə puluna, vara, dövlətə,
Aldanma, başaldadıcı şöhrətə,
Yararlı bir insan ol cəmiyyətə,
Nə qədər ki, hələ sağsan dünyada.
Nəfəs verən bir gün nəfəsi alır,
İnsan bu fani dünyadan ayrılır,
Ölən ölür, hər şeyi burda qalır,
Sanma, daim qalacaqsan dünyada!
“Mən ölmərəm” – deyən hər ağzıgöyçək-
Əvvəl-axır ölümə baş əyəcək.
Əzrail bir gün qapını döyəcək,
Bu gün varsan, sabah yoxsan dünyada!..
- ilk şeirlərimdəndir :)
0 YORUM yazılıb (Komment):
Yorum Gönder
*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru