İlk səhifə » » İnana bilmədim, nişanlanmısan...

İnana bilmədim, nişanlanmısan...


Əsgərlikdən gəldim evə sevincək,
Qəlbimdə, fikrimdə min arzu dilək.
Mən gün sayarkən nə sayıb ki, fələk?!
     Eşqimizi, əhdimizi danmısan,
     İnana bilmədim, nişanlanmısan...

    Dost-tanışa Səni sordum, susdular,
    Hərə bir tərəfə sözü yozdular,
    Dedilər ki, bir qızda yüz göz qalar;
         Nə biləydim özgəyə aldanmısan,
         İnana bilmədim, nişanlanmısan...

        Gəlib gördüm hər şeyi unutmusan,
        Dəyər-dəyməzə eşqini satmısan.
        Aldığım təkqaş üzüyü atmısan-
             Məni özüntək vəfasız sanmısan,
             İnana bilmədim, nişanlanmısan...

(12.02.2011) ZAmir Erkin
Paylaş bunu :

0 YORUM yazılıb (Komment):

Yorum Gönder

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2025. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru