İlk səhifə » » Dünyanın küncü yoxdur

Dünyanın küncü yoxdur

Dünyanın küncü yoxdur (21.01.2014)


Bilirsən, nə yoxdur, Tanrı?
Dünyanın bir küncü yoxdur -
          qısılıb o küncə ağlayasan;
ağlayasan hönkür-hönkür,
gözlərindən gələ
          sənə olan yaxşılıq, pislik,
nə var içində tökəsən.
Çəkməyə bir şey olmaya,
          içini çəkəsən..

Arınasan dərddən, sərdən,
Yerin cazibə qüvvəsi olmasaydı,
uzaqlaşardıq Yerdən.
Çünki tüpürmək istəyir insan, hərdən
                                                  olub-bitənlərə,
                                                 qoyub-gedənlərə..
Sonra qorxursan ac-susuz qalıb
tüpürdüyünü yalayasan.

Üz çevirmək istəyərsən,
          üzün gəlməz..
Öz içində boğularsan,
          səsin gəlməz..
Mahnılarda axtararsan ümidini.
heç biri Ahmet Kaya kimi təsir etməz;
“qafana sıxıb getmək” istəyərsən,
ovutmağa bu da yetməz,
sadəcə çıxıb getmək istəyərsən.


amma bizi yaxşı tanıyır Yaradan;
bizdən əvvəl halımıza o ağlayıb,
cazibəni yaradıb,
          bizi yerə bağlayıb.
Hərəyə bir az ömür sürdürür;
görmədiklərimizi gördürür,
yaşadır... yaşadır...
usandırır,
utandırır öldürür –
          soxur Yerin dibinə!
Heyf ki, cibi yoxdur
          görüm-baxım eyləyək,
          nəsə qoyaq cibinə.
Dünyanın küncü yoxdur,
Neyləyək,
Tanrının cibi yoxdur..

Zamir Erkin Agazade
Paylaş bunu :

0 YORUM yazılıb (Komment):

Yorum Gönder

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2025. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru