İlk səhifə »
Şeirlər
» Cığallıq
Cığallıq
Nəyə lazımdır təqvim, saat,
sən olmayanda mənimçün durur vaxt.
Təqvimdə yarpaqlar dəyişilmir.
Saatımda əqrəblər fırlanıb təkrar-təkrar eyni nöqtəyə qayıdır.
Ancaq yenə də tanrıya şükür!
sənsiz keçən günlərə görə ona cavab verməyəcəm,
çünki bu ömürdən sayılmır.
Ömür dediyin yaşanaraq keçir,
Mən isə sənsiz yaşamadım ki...
Nə sən cığallıq elə, nə mən, nə də tanrımız;
Yalqızlıq tanrıya məxsusdur,
gəl, biz bir olaq -
tanrı qalsın yalqız...
⊱╮Zamir Erkin Agazade ⊱╮
Bunlara da baxın:
If you enjoyed this article click here, or subscribe to receive more great content just like it.
0 YORUM yazılıb (Komment):
Yorum Gönder
*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru