İlk səhifə » , » Payız gəlmədi, ölüm gəldi (ŞEİR)

Payız gəlmədi, ölüm gəldi (ŞEİR)


Yaşadığım müddətdə tanıdığım ən yaxşı insanlardan biri – həkim səriştəsizliyi nəticəsində dünyasını dəyişən Elnarə Tofiqqızının (İmamquliyeva) xatirəsinə ithafən.


22 sentyabr 2013 / 88 saylı marşrutda, işə gedərkən.

Bu fəsil payız gəlmədi –
ölüm gəldi,
ya da ki, ölüm payızdan əvvəl gəldi...

Hə, o, ölümə tələsməzdi,
ölüm tələsdi.
ən çox əzrayılı başa düşmədim;
bu nə qərəzdi??
bəs deyirdilər,
“vaxtsız ölüm gəlməzdi,
filan, zad, şeey..”

ölümü səsləyirəm: “ölüm..! eheeey...!
qapımızı vaxtsız döymə,
heç olmasa körpələri olanlara qıyma,
dəymə...
söymək istəyirəm sənə;
nəyinə söyüm, nəyinə..?”


Bilmirəm...
bilmirəm, bu fəsil niyə belə oldu;
cavan bir ağac qurudu, bir cüt yarpaq soldu...


Yox... Bu fəsil payız gəlmədi –
ölüm gəldi,
ya da ki, ölüm payızdan əvvəl gəldi...
Paylaş bunu :

0 YORUM yazılıb (Komment):

Yorum Gönder

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2025. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru