İlk səhifə » » Sən yoxsan; bir mənəm, bir mənəm...

Sən yoxsan; bir mənəm, bir mənəm...


Sənsiz soyuqdur buralar,
burnumun ucu göynəyir.
Sən gəlsən, günəş doğacaq bu şəhərə,
ya da həmişəlik bura köçəcək.
və sən öpsən burnumdan,
göynəmə filan da keçəcək..
Eeehh... birdənəm, birdənəm,
Sən yoxsan -
bir mənəm,
bir mənəm...

Yuxu da uzaq düşüb məndən,
sanki özünlə aparmısan,
ölü kimiyəm..
Qədim misirlilər indi yaşasaydılar və məni görsəydilər,
inan, fikirlərini dəyişərdilər;
mənə deyərdilər – “canlı ölü”.
Eehh...
insanlar danışır, gülür,
mən isə səni düşünürəm.
deməli əskik nəyimsə var
və bunda tanrının günahı yoxdur.
Eeehh... birdənəm, birdənəm,
Sən yoxsan -
bir mənəm,
bir mənəm...

Ayrı-ayrı yastıqlarda qocalacağıq,
yastığımda saçlarının ətri,
yatağında tər qoxum olmayacaq..
...Bu otağın güzgüsü tək məni göstərər,
ağlımdan başqa hər yeri toz basar,
tərliklərin yetim uşaq kimi
qısılıb qalar otağın bir küncündə,
Dolablar özlərini yalnız hiss edər –
geri dönmədikcə onu tərk edən paltarlar..
Eeehh... birdənəm, birdənəm,
Sən yoxsan -
bir mənəm,
bir mənəm...

Qapımı döyən olmur,
hirslənirəm, qışqırıram,
qapımı döyür qonşular,
açıram ; deyirlər: “nə olub,
evdə kim var?”
Deyirəm “bir mənəm, bir mənəm...”
Sonra qapını döyən qonşular
gözlərini mal kimi döyürlər,
soruşurlar:
“Hııy? Necə? Hancarı? Nətəri?”
Onlara başa sala bilmirəm;
O qədər yalnızam ki,
Bir mən də yoxdur məndə məndən içəri...

Zamir Erkin Agazade

Paylaş bunu :

0 YORUM yazılıb (Komment):

Yorum Gönder

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2025. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru