Bu gün Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbələri ilə Qobustana getdik. Ordakı qayaüstü abidələri və 2011-ci ildə Prezident Cənab İlham Əliyevin sərəncamı ilə tikilmiş o möhtəşəm muzeyi də gəzdik. Çox maraqlı oldu. 25 nəfər idik. Avtobus və digər səfər üçün lazımlı vasitələri şair Əjdar Ol təşkil etmişdi. Çox sağ olsun. Fakültəmiz üçün barmaq ucu boyda da olsa xeyirli iş görən və görmüş hər bir insana təşəkkür edirik. Hələ başqa planlarımız və gəzintilərimiz də olacaq. Gözləyin... boş dayanmaq kimi bir fikrimiz yoxdur. ))) (
Fərid Hüseyn)
0 YORUM yazılıb (Komment):
Yorum Gönder
*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru