İlk səhifə » » Bakının günahı

Bakının günahı


Bakının günahı

Ah, Bakı!..
    Xəritədə əyri oturmusan,
          gəl düz danışaq.

Sıxılıram hərdən səndən:
          havan olur zəhər kimi.
Uzaqlaşmaq istəyirəm;
                    Xəzər kimi –
          dalğa-dalğa,
                   ləpə-ləpə..
Qucaqlaşmaq istəyirəm,
          qorxa-qorxa,
                   öpə-öpə
    neft çəkdiyin yanağını, dodağını..
Amma, yox!..
          Qorxuram ki,
                   dodağıma neft bulaşar,
Sonra sevgilim dalaşar –
sallayar qaş-qabağını.. J
  
Ah, Bakı!..
          Yanağında sızanaqlar çıxır yaman;
                   yekə-yekə,
mərtəbə-mərtəbədir.
Sənə zülüm,
Bizə rahat,
          Bizə lyuks.
Qırışların olur botoks,
hər yanında estetik əməliyyat..
Şəhər üçün bakirəlik əsas deyil:
          Tikdirirlər,
                   sökdürürlər –
                             hər ay, hər il.
Sənə nələr çəkdirirlər..?
Sənin başından olmayan
tükləri əkdirirlər,
    daha min cür zir-zibil..
Ah, Bakı!..
Vah, Bakı!..
Səndə də var günah, Bakı!
Axı:
    Xəritədə əyri oturmusan,
          gəl düz oturub, düz danışaq.. ;)

Zamir Erkin Ağazadə / (03.12.2012 /Bakı)
Paylaş bunu :

0 YORUM yazılıb (Komment):

Yorum Gönder

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2025. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru