Ah, Bakı!..
Xəritədə əyri
oturmusan,
gəl
düz danışaq.
Sıxılıram hərdən səndən:
havan
olur zəhər kimi.
Uzaqlaşmaq istəyirəm;
Xəzər kimi –
dalğa-dalğa,
ləpə-ləpə..
Qucaqlaşmaq istəyirəm,
qorxa-qorxa,
öpə-öpə
neft çəkdiyin
yanağını, dodağını..
Amma, yox!..
Qorxuram
ki,
dodağıma
neft bulaşar,
Sonra sevgilim
dalaşar –
sallayar
qaş-qabağını.. J
Ah, Bakı!..
Yanağında
sızanaqlar çıxır yaman;
yekə-yekə,
mərtəbə-mərtəbədir.
Sənə zülüm,
Bizə rahat,
Qırışların olur botoks,
hər
yanında estetik əməliyyat..
Şəhər üçün bakirəlik əsas deyil:
Tikdirirlər,
sökdürürlər
–
hər
ay, hər il.
Sənə nələr çəkdirirlər..?
tükləri əkdirirlər,
daha min
cür zir-zibil..
Ah, Bakı!..
Vah,
Bakı!..
Səndə də var günah, Bakı!
Axı:
Xəritədə əyri
oturmusan,
gəl düz
oturub, düz danışaq.. ;)
Zamir
Erkin Ağazadə / (03.12.2012 /Bakı)
0 YORUM yazılıb (Komment):
Yorum Gönder
*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru