Zamir Erkin:
Getmə gözəl, dur – bir ayaq saxla gəl,
Gedən getsin, sən ol qalanım mənim.
Əngəl olma, qəlbimi dinlə əvvəl.
Ağlımı başımdan alanım mənim.
Aygun Rehimli:
Bir ocaq qalandı, sinəmin üstə,
Yoxdur ocağa su, tökənim mənim.
Hər nə var könlündə, gəl məndən istə,
Ey hər əzabımı, çəkənim mənim.
Gedən getsin, sən ol qalanım mənim.
Əngəl olma, qəlbimi dinlə əvvəl.
Ağlımı başımdan alanım mənim.
Aygun Rehimli:
Bir ocaq qalandı, sinəmin üstə,
Yoxdur ocağa su, tökənim mənim.
Hər nə var könlündə, gəl məndən istə,
Ey hər əzabımı, çəkənim mənim.
Zamir Erkin:
Səni görcək; içimdə od tutuşur,
Başımda eşq pərvanəsi uçuşur.
Boğazım quruyur, əlim uyuşur,
Sənə qarşı yoxdur yalanım mənim.
Aygun Rehimli:
Dağ da, fəxr eyləyir öz daşlarıyla,
Alnımın payısan, qırışlarıyla.
Bu quru səhrada göz yaşlarıyla,
Sevgi bağımda gül, əkənim mənim.
Zamir Erkin:
Hər bağçadan sənə bir gül dərərəm,
Saçlarına gül çələngi hörərəm,
Könlünü versən, ömrümü verərəm,
Təkcə bir ömürdür “olanım mənim”.
Aygun Rehimli:
Sığalın əlimi sənə bağlasın,
Baxışın, təkliyin canın dağlasın.
Uçurub özünün səbr qalasın,
Ey, könül evimi tikənim mənim.
Zamir Erkin:
Mərdlik deyil,hər gün düşə xəyala,
Mərdlik odur,könül tikə, qəlb ala.
Bircə “Hə” de, biz də yetək vüsala,
Məni haldan-hala salanım mənim.
Aygun Rehimli:
Nəfəsim fədadır, göz giləsinə,
Necə yox söyləyim, mən beləsinə?
Çəkib hər ağrımı öz sinəsinə,
Ürəkdən dərdimi, sökənim mənim.
Zamir Erkin:
Zamir eşqə boyun əyər səninçün,
Hər gün şeir yazar, deyər, səninçün.
Yaşamağa dəyər.. dəyər – səninçün.
Hər zaman yanımda olanım mənim.
Aygun Rehimli:
Sevgimin əlinə xına yaxanım,
Məni düzdə qoyub, dağa çıxanım,
Rəhimliyə min qürurla baxanım,
Eşqin önündə diz, çökənim mənim.
.jpg)
Ustalığa yüksələrək bu dünyanı xoş edənlərə təşəkkürlər!!
YanıtlaSilCOX GOZELDI!UREYINIZE SAGLIQ!TEWEKKURLER!
YanıtlaSilMinnətdaram..
SilBeyendim. forumda paylawacam halal edin/
YanıtlaSil