Türkiyə
Cümhuriyyəti Səfirliyinin Din Xidmətləri Müşavirliyi, Qafqaz Müsəlmanları İdarəsi,
Azərbaycan Yazıçılar Birliyi və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər
Forumu ilə birlikdə Hz. Məhəmməd (s.a.s) Peyğəmbərin doğum günü ərəfəsində Peyğəmbərimizi
vəsf edən
(Nat-i şərif
) şeir müsabiqəsi elan edir.
Müsabiqənin şərtləri:
1) Müsabiqəyə heç yerdə çap
olunmamış yeni şeirlər qəbul olunur.
2) Təqdim olunarkən şeir yazılmış vərəqədə müəllifin
nə adı, nə də imzası olmamalıdır.
3) Şeir zərfdə təqdim olunmalı, həmin zərfin
içində müəllifin imzası və şeirin adı olan digər bağlı bir zərf olmalıdır.
4) Qiymətləndirmə bitib, qalib yerlər məlum
olduqdan sonra müəllif adları olan zərflər münsiflər heyəti tərəfindən
açılacaqdır.
5) Şeirlər 20.01.2013 tarixindən – 30.03. 2013-cü il
tarixinə qədər təqdim olunmalıdır.
6) Şeirlər aşağıdakı ünvana müəllif tərəfindən şəxsən təqdim
edilməlidir.
7) Müsabiqədə qalib gələn şairlər 2013-ci il
aprel ayının 18-i keçiriləcək təntənəli təqdimatda elan edilərək
mükafatlandırılacaqdır.
Mükafatlar:
a)
1 ədəd
1 - ci yer - 5000 (beş min
dollar)
b)
2 ədəd 2
- ci yer - hər biri 2000 (iki min
dollar)
c)
3 ədəd
3 - cü yer - hər biri 1000
(min dollar)
d)
5 ədəd həvəsləndirici yer - hər biri 500 (beş yüz dollar)
Əsərləri bu
ünvana təqdim edə bilərsiniz:
Az 1000, Bakı
şəhəri, Azərbaycan Yazıçılar Birliyi, Xaqani 25.
TƏŞKİLAT KOMİTƏSİ
0 YORUM yazılıb (Komment):
Yorum Gönder
*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru