İlk səhifə » » Getmək istəyirəm

Getmək istəyirəm


        
        Getmək istəyirəm
kiminsə məni tapa bilməyəcəyi bir yerə...
Getmək istəyirəm
əllərindən qaçdığım kəslərin
gəlməyəcəyi bir yerə.
Getmək istəyirəm
ümidlərin,
sevgilərin ölməyəcəyi bir yerə
            Getmək istəyirəm –
                                    burdan qaçıb uzaqlara..
            Getmək istəyirəm:
                                    həm də çox-çox uzaqlara.

Getmək istəyirəm
                 bir çox səbəblərə görə;
                        minnətliçörəklərə,
                        yersiz istəklərə,
                                    tələblərə görə.
                        Mənasız söhbətlərə,
                                    mətləblərə görə.
            Ayrı-seçkiliyə;
                        mənsəblərə görə,
məzhəblərə görə.
Getmək istəyirəm
                        Bir-birə duyduyuğumuz  - nifrətə,
                                    qəzəblərə görə.
İnsanı insanlıqdan çıxaran
                        həblərə görə..
            və məndə hər gün artan
                        əsəblərə görə..

Getmək istəyirəm
            üzümün güləcəyi bir yerə..
insanın rahat yaşayıb –
                        öləcəyi bir yerə.
Getmək istəyirəm
            yalanın, nifrətin
            paxıllığın, qeybətin,
kin-küdurətin
olmadığı bir yerə.
            Pis insanların
                        ləkə salmadığı bir yerə,
                        kölgə salmadığı bir yerə.
            Getmək istəyirəm
            Bir-birinin ayağından tutmadığı bir yerə,
dartmadığı bir yerə,
torbasını yırtmadığı bir yerə.
Getmək istəyirəm
quyu qazılmayan  yerə.
yazı pozulmayan yerə,
Getmək istəyirəm
yazıq üzülməyən yerə,
fağır əzilməyən yerə.
Getmək istəyirəm
kələk qurulmayan yerə,
tələ qurulmayan yerə,
çamır, qır olmayan yerə,
iplər qırılmayan yerə,
insan görə-görə
haqqa kor olmayan yerə.
            Gücüm yetənəcən
                        getmək istəyirəm
            burdan qaçıb uzaqlara..
Ömrüm bitənəcən
                        getmək istəyirəm
            həm də çox-çox uzaqlara..

Zamir Erkin Agazade / 21.03.2009
Paylaş bunu :

0 YORUM yazılıb (Komment):

Yorum Gönder

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2025. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru