Aylar dəyişəcək,
il dəyişəcək,
Saçlar ağaracaq,
tel dəyişəcək,
Dil topuq çalacaq,
dil dəyişəcək,
Sən belə qalası
deyilsən insan..
Əsəcək əllərin,
diş töküləcək,
İçində yaşamaq
eşqi öləcək,
Təklikdə gözündən
yaş töküləcək,
Sən belə qalası
deyilsən insan..
Qırışlar artacaq
üzündə sənin,
Taqət qalmayacaq
dizində sənin,
Ölüm başlayacaq
gözündən sənin,
Sən belə qalası
deyilsən insan..
Əlin əsa tutsa,
sevin halına.
İndi aşiq olan gül
camalına –
O vaxt lazımdır
ki, girsin qoluna;
Sən belə qalası
deyilsən insan..
Bir can içindəsən,
min don geyirsən,
Düşünmə fərqlisən,
milyonda birsən..
Fərqi yox - Erkinsən,
ya da Zamirsən:
Sonda ; bir tabutsan, sən də qəbirsən,
Sonda ; bir tabutsan, sən də qəbirsən,
Sən belə qalası
deyilsən insan..
UREYINE SAGLIK!INSANLAR BIR BAWA DUWSEYDILER!SEN NE YAMAN YAZIRMIWSAN AY ZAMIR)))))
YanıtlaSil