İlk səhifə » » Sənlə hər şeyə razıyam..

Sənlə hər şeyə razıyam..


Göz yaşımı qurut, canım,
Gəl, qəlbimi ovut, canım,
Bircə demə, unut canım..
Sənlə hər şeyə razıyam..

Saf eşqimin sənsən ilki,
Sənə qarşı duydum ilgi.
Sonsuzadək bunu bil ki,
Sənlə hər şeyə razıyam..

Özgəsinə salma meyil,
Heç kəs bu cür sevən deyil.
Keçsə neçə ay, neçə il –
Sənlə hər şeyə razıyam..

Canımı eşq alsa belə,
Son nəfəsim qalsa belə,
Sonu ölüm olsa belə,
Sənlə hər şeyə razıyam..

Zamir Erkin Ağazadə
17.03.2011 / Əsgərlik yazılarımdan
Paylaş bunu :

1 YORUM yazılıb (Komment):

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2025. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru