İlk səhifə » » Darıxıb eləmə..

Darıxıb eləmə..

Sizinlə əsgərlikdə olarkən yazdığım bir şeirimi paylaşmaq istəyirəm. Lütfən, oxuduqdan sonra Şeirlə bağlı fikir və rəylərinizi yazmağı unutmayın. Şeirimin adın budur: Darıxıb eləmə..




Darıxıb eləmə, bitər bu həsrət,
Ayrılıq kəlməsin silib atarıq…
Qovuşmaq nə vaxtsa olacaq qismət;
O an hər bir şeyi biz unudarıq.

Darıxıb eləmə, qəlbinə salma,
Çünki bu hicranın sonu vüsaldı,
Hər sözü, hər fikri vecinə alma,
Bir gün gələcəyəm gözlə az qaldı.

Darıxıb eləmə, çox insan təkdir,
Hirsini şəkildən, şeirdən çıxma.
Onları cırmağın nəyə gərəkdir?..
Gördün kövrəlirsən – oxuma, baxma!..



Zamir Erkin Ağazade
Paylaş bunu :

0 YORUM yazılıb (Komment):

Yorum Gönder

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2025. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru