İlk səhifə » » İmkansız eşqimsən

İmkansız eşqimsən


Sən mənim olmayan sevgilimsən,
Sən həyat deyilsən,
arzuladığm bir ölümsən...
Sən tikanlı gülsən:
dərə bilmədiyim.
Mənə yaxın,
məndən uzaqsan,
hiss edib, görə bilmədiyim...
Sən itirdiyim ünvansan:
qayıda bilmədiyim.
Sən də adi insansan,
amma unuda bilmədiyim...
Sən bitməyən düşüncəmsən,
düşünərək çəkdiyim
işgəncəmsən.


Sən eşqinlə mənə həyat verib,
       həyatımdan çıxansan,
Sevgi adlı dünya qurub
      sonra başıma yıxansan!
Sən... məni özümə unutduransan...
yaşamağa ümid verənsən.
     Səni sevirəm...
Sən niyə mənim olmadın? ..
-Bilmirəm...
Sən — nə Allahın haram buyurduğu qadın,
                                  nə də haram içkimsən,
Halalımsan...
          Sən sadəcə , imkansız eşqimsən,
                                                xəyalımsan,
                                       məlalımsan...


Zamir Erkin
Paylaş bunu :

1 YORUM yazılıb (Komment):

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2025. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru