İlk səhifə » » MƏNDƏDİR

MƏNDƏDİR


Həyatın rəngləri qanıma hopmuş,
Qarası məndədir, ağı məndədir.
Sətirlər qəlbimdən, canımdan qopmuş;
Bayatı məndədir, ağı məndədir...

Həyatın bəllidir hər üzü mənə,
Bəllidir əyrisi, həm düzü mənə.
Eynidir soyuğu, istisi mənə,
Çəkdiyi sığalı, dağı məndədir...

Həyatın qəbirdir son hədiyyəsi,
Dözümdür, səbirdir yaşadan bizi,
Tükənir bu yolda insan nəfəsi,
Düz yolu, aşılmaz dağı məndədir...



    ZAmir Erkin Agazade (23.02.2009, Şeki)

Paylaş bunu :

0 YORUM yazılıb (Komment):

Yorum Gönder

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2025. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru