İlk səhifə » , » Tut əlimdən (Səyyarə Nəbi və Zamir Erkin)

Tut əlimdən (Səyyarə Nəbi və Zamir Erkin)

(Bədahətən yazılmış şeir)

         Səyyarə

Bir damcı göz yaşı axdı gözümdən,
Bu qəlbimdə ölən məhəbbətimdir.
Çox istədim aglamayım, olmadı,
Görünür aglamaq xasiyyətimdir...


                                     Zamir Erkin Agazade

Əbəs yerə göz yaşını axıtma,
Gedən varsa onu saxlama, tutma,
Özünü kiməsə zəif tanıtma,
Qürurlu görünmək əlamətimdir




                                                              Səyyarə

Desəm ki qalmayıb daha taqətim,
Həyat yorub, bükülübdür qamətim.
Fani dünya məni yaman yıxıbdır.
Qalxıb yeriməyə yox cəsarətim



                                                                Zamir Erkin Agazade


Əl uzatdım, tut əlimdən, qalx dedim,
Sən az eşitdin, mən isə çox dedim,
Dedin ki, "həyatla bacarmaq çətin,"
-Təslim olmaq acizlikdir, "Yox" dedim,




                                                                   Səyyarə

Gəlməyin üstümə, rahat buraxın
Yalnızlga damcılasın göz yaşım.
İstəmirəm görsün məni bu halda...
Sevinsin uzaqlar, üzülsün yaxın.


                                                                    Zamir Erkin Agazade

Get, uzaq dur, rahat burax deyirsən,
Hamı kimi kənardan bax deyirsən..
Tək qalmaq nədənsə qurtulmaq deyil,
Yoxsa sən buna qurtulmaq deyirsən??!



                                                                    Səyyarə

Düşünmə, deyildir xəyalım belə,
İstəmirdim aglayım gülə-gülə
Nə fərqi qurtulub yenə yanmagın...
Qovuşub yenidən tənha qalmagın.



                                                                   Zamir Erkin Agazade

Sən düşünmə, yenə kədər olacaq,
Sən düşünmə, dönsəm hədər olacaq,
Qorxsan əgər yenidən cəhd etməyə,
Sən düşün ki, ağlın onda qalacaq.



                                                                       Səyyarə


Söz ver ki sabahlar gözəl olacaq
Bu yagmur dinəcək günəş dogacaq
Buraxma əlimi, mənə ümid ver
Bu qaranlıg gunlər keçmiş olacaq.



                                                                   Zamir Erkin Agazade

Çalışaram, amma ki, "Söz.." demirəm,
Sənə yalan demək də istəmirəm,
Məndən aslı olmayan mənlik deyil..
-Bəlkə yalançı çıxdım, düz demirəm?



                                                                  Səyyarə

Ver əlini, sil gözümün yaşını
Gəl, qaranlıgımda yandır işıgı
Sarıl mənə, de ki bunlar keçəcək,
İnanım ki solgun günlər bitəcək



                                                                     Zamir Erkin Agazade

Tut əlimdən, gülüş qonsun üzünə,
Birgə düşək xoşbəxtliyin izinə..
Uzaqlaşsın yolumuzdan ayrılıq,
Rast gəlməsin, nə mənə, nə də sənə

Paylaş bunu :

3 YORUM yazılıb (Komment):

  1. OOO MARAQLIDI!ARDI OLAR YEQIN!

    YanıtlaSil
  2. Sağ olun.
    Aysel, ardını deyə bilmərəm, amma Səyyarə ilə yeni nəsə yazmaq fikrimiz var. İnşallah, paylaşaram burda.

    YanıtlaSil

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2022. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru