
Getmək istəyirəm
kiminsə məni
tapa bilməyəcəyi bir yerə...
Getmək istəyirəm
əllərindən
qaçdığım kəslərin
gəlməyəcəyi bir yerə.
Getmək istəyirəm
ümidlərin,
sevgilərin
ölməyəcəyi bir yerə
Getmək istəyirəm –
burdan qaçıb
uzaqlara..
Getmək istəyirəm:
həm də
çox-çox uzaqlara.
Getmək istəyirəm
bir çox səbəblərə görə;
minnətliçörəklərə,
yersiz istəklərə,
tələblərə
görə.
Mənasız söhbətlərə,
mətləblərə
görə.
Ayrı-seçkiliyə;
mənsəblərə görə,
məzhəblərə
görə.
Getmək istəyirəm
Bir-birə
duyduyuğumuz - nifrətə,
qəzəblərə
görə.
İnsanı insanlıqdan çıxaran
həblərə
görə..
və
məndə hər gün artan
əsəblərə
görə..
Getmək istəyirəm
üzümün
güləcəyi bir yerə..
insanın
rahat yaşayıb –
öləcəyi
bir yerə.
Getmək istəyirəm
yalanın,
nifrətin
paxıllığın,
qeybətin,
kin-küdurətin
olmadığı bir yerə.
Pis insanların
ləkə salmadığı bir yerə,
kölgə salmadığı bir yerə.
Getmək istəyirəm
Bir-birinin ayağından tutmadığı bir
yerə,
dartmadığı
bir yerə,
torbasını
yırtmadığı bir yerə.
Getmək istəyirəm
quyu
qazılmayan yerə.
yazı
pozulmayan yerə,
Getmək istəyirəm
yazıq üzülməyən
yerə,
fağır əzilməyən
yerə.
Getmək istəyirəm
kələk
qurulmayan yerə,
tələ
qurulmayan yerə,
çamır, qır
olmayan yerə,
iplər
qırılmayan yerə,
insan görə-görə
haqqa kor
olmayan yerə.
Gücüm yetənəcən
getmək
istəyirəm
burdan
qaçıb uzaqlara..
Ömrüm bitənəcən
getmək
istəyirəm
həm
də çox-çox uzaqlara..
Zamir Erkin Agazade / 21.03.2009
0 YORUM yazılıb (Komment):
Yorum Gönder
*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru