Özüm də özümə gələ bilmədim.
Üzüldüm, üzümdən gülüşlər itdi,
Mən sənin qədrini bilə bilmədim..
Sayyara Nabi
Sənə ürək verdim, saf və pakizə.
Başqa birisiylə bölə bilmədim.
Bu sevgi yetərdi, lap ikimizə!
Sən mənim qədrimi bilə bilmədin..
Zamir Erkin
Görmədim mən səni, gözüm kor imiş,
Axan göz yaşların seldən gur imiş.
Ölmüşəm, sənsizlik mənə gor imiş
Mən sənin qədrini bilə bilmədim..
Sayyara Nabi
Səni həyat bildim, daxma imişsən,
Mənə yad, əğyara doğma imişsən,
Gülünü sevməyən bağban imişsən,
Sən mənim qədrimi bilə bilmədin..
Zamir Erkin
Qürurum alçaldı önündə sənin.
Yoxmu "bağışlamaq" dinində sənin?
Mələk günah yazmaz -çiynində sənin,
Mən sənin qədrini bilə bilmədim.
Sayyara Nabi
Səni görən zaman durdu ürəyim
Çox gözəl xəyallar qurdum, Ürəyim.
Özüm öz qəlbimi qırdım, neyləyim
Sən mənim qədrimi bilə bilmədin.
Zamir Erkin
Sən ayrılsan, mən ayrılmam deyirdim,
Səndən ayrı 1 gün olmam deyirdim,
Dərdindən ölərəm, qalmam deyirdim,
Çox ölmək istədim, ölə bilmədim,
Mən sənin qədrini bilə bilmədim..
Sayyara Nabi
Bəlkə mən başqayam, sən də bir başqa.
Necə qıya bildin, bu gözəl eşqə?!
Artıq söz söyləmə, yaramı deşmə,
Sən mənim qədrimi bilə bilmədin.

Cox gozeldi!ureyinize sagliq!yeni birge iwlerinizi gozleyirik!ugurlar!
YanıtlaSil