İlk səhifə » » Sən belə qalası deyilsən insan..

Sən belə qalası deyilsən insan..


Aylar dəyişəcək, il dəyişəcək,
Saçlar ağaracaq, tel dəyişəcək,
Dil topuq çalacaq, dil dəyişəcək,
Sən belə qalası deyilsən insan..

Əsəcək əllərin, diş töküləcək,
İçində yaşamaq eşqi öləcək,
Təklikdə gözündən yaş töküləcək,
Sən belə qalası deyilsən insan..

Qırışlar artacaq üzündə sənin,
Taqət qalmayacaq dizində sənin,
Ölüm başlayacaq gözündən sənin,
Sən belə qalası deyilsən insan..

Əlin əsa tutsa, sevin halına.
İndi aşiq olan gül camalına –
O vaxt lazımdır ki, girsin qoluna;
Sən belə qalası deyilsən insan..

Bir can içindəsən, min don geyirsən,
Düşünmə fərqlisən, milyonda birsən..
Fərqi yox - Erkinsən, ya da Zamirsən:
Sonda ; bir tabutsan, sən də qəbirsən,
Sən belə qalası deyilsən insan..

Paylaş bunu :

1 YORUM yazılıb (Komment):

  1. UREYINE SAGLIK!INSANLAR BIR BAWA DUWSEYDILER!SEN NE YAMAN YAZIRMIWSAN AY ZAMIR)))))

    YanıtlaSil

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2025. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru