gözümə yuxu girməz.
Qəlbim yanar, alışar,
gözüm heç nəyi görməz.
Səni
bir gün görməsəm,
sənsiz dəli olaram,
Sən yanımda olmasan,
şəklinə sarılaram...
Səni
bir gün görməsəm,
həsrətin yıxar məni.
Səndən ayrı yaşasam,
sənsizlik boğar məni!
Səni
bir gün görməsəm,
bir heç olar həyatım...
Sənsiz keçməsin mənim
nə günüm, nə saaatım!..
Zamir
Erkin Ağazade (02.07.2007)
P.S. 2009-cu ildə məni II “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin finalına çıxaran 3 şeirimdən birisi budur.
0 YORUM yazılıb (Komment):
Yorum Gönder
*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru