İlk səhifə » » ÖMRÜMÜZƏ VURULAN BALTALAR

ÖMRÜMÜZƏ VURULAN BALTALAR


Həyatın necə tükəndiyini,
         necə bitdiyini,
insanın ölümə doğru necə getdiyini                                               
    bilmək istəyirsiniz?
-Əgər bilmək istəsəniz,
sakit bir otağa keçib,
        sakitcə əyləşin
və mexaniki saatı yanınıza qoyun.

...Saat işləyir...
Hər saniyədən bir: ″çık, çık, çık...″ səs eşidilir.
Elə bilməyin bu saaatın səsidir...
Xeyr! Bu saatın səsi deyil,
Bu ömrümüzə vurulan
        baltaların səsidir...
Ən sonuncu baltanın
   nə vaxt vurulacağını,
ömrümüzün haradan qırılacağını
                biz bilmirik.
Bu hər an ola bilər.
Hər an, hər bir ömür
    baltalanmış ağac kimi
                yıxıla bilər.
Bunu düşünün.
Məncə, düşünməyə dəyər...
                                              
Zamir Erkin Ağazadə (17.12.2008)

P.S. 2009-cu ildə məni II “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin finalına çıxaran 3 şeirimdən birisi budur.

Paylaş bunu :

1 YORUM yazılıb (Komment):

  1. Mence buna da BIG LIKE!demeye DEYER..saati hec sevmirem de.saatla hec aram yoxdu.

    YanıtlaSil

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2025. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru