İlk səhifə » » HAMI VİCDAN AXTARIR

HAMI VİCDAN AXTARIR



Bloqçuluğa marağım 2006/7-dən etibarən başladı. Daha sonra “Azeriblog”un məşhurluq dövründə bir bloq açdım (Ozan poeziya və sənət portalı), lakin orada sadəcə özümün deyil, eyni zamanda digər şairlərin, xaricdə yaşayıb-yazan həmyerlilərimizin e-mailimə göndərdikləri hekayələri dərc edirdim. O vaxtlar ədəbiyyata (xüsusilə, poeziyaya) olan marağım heç nə ilə ölçülə bilməzdi. Şeir növləri, vəzləri – ölçüləri, formaları ilə ciddi şəkildə maraqlanır, çalışırdım ki, hər birində özümü sınayım və edirdim də. Hər gün şeir yazırdım; birini yox, bir neçəsini… Lakin onlardan bəzilərini bloqumda, qardaş ölkənin ədəbiyyat forumlarında paylaşırdım. Aldığım müsbət rəylər məni daha da yazmağa həvəsləndirirdi. Hər iş belə deyilmi?! Azacıq həvəs, ümid – insanın daha çox yaşamağı üçün səbəbdir. Nə isə; sonra o bloq bağlandı (əsgərlikdə oldum, filan). 2011-ci ildə isə öz adımla bloq açdım və domen alaraq (əvvəlcə “com”, sonra “net”), sayt kimi fəaliyyətinə başladım. Şeirlərimi sosial şəbəkədəki dostlarımla bölüşür, onların fikirlərini öyrənirdim. Maraqlı idi. Sonra, maraq itdi. Niyə? Çünki maraqlar böyüdü: həyatımıza girənlər, ağlımıza girənlər çoxaldı. Nələrisə unutmalı oldum, nələrisə artıq önəmsəmədim, işdən yazmağa vaxt tapa bilmədim. Amma sadiq izləyənlərim tez-tez mənə “Zamir, daha yazmırsan” – deyə, gileylənirdi. Yenə də onların içində gileylənənlər var. J Bu, xoşdur. Amma artıq mən o həvəsdə deyiləm – ara-sıra cızma-qaralar edirəm və onları da saxlayıram ki, bir gün kitab çıxarmaq fikrim dəqiqləşsə, orada təqdim edim. Onu da deyim ki, bir neçə il əvvəl yazdığım şeir və düz yazılar var ki, müəllifi olsam da fikir baxımından artıq onları qəbul etmirəm. Belə də olur, yəni J
Sayta baxıram indi; deməli marağımı nə cəlb edib bilirsiniz? Statistikada internet istifadəçilərinin vicdanla bağlı axtarış edərək saytıma təşrif buyurduqlarını görürəm. Vicdanın hamıda olması vacibdir. Və yaxşı ki, axtarırlar.
Bundan sonra isə düşünürəm Instagram-da paylaşdığım əl işlərimi, fotolarımı da burada paylaşım. Şeirlərimlə məni sevənlər üçün əlbəttə ki, şeir də olacaq ;)
Uzun sözün uzunu, sevgi ilə qalın. 
Paylaş bunu :

0 YORUM yazılıb (Komment):

Yorum Gönder

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2022. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru