İlk səhifə » » Unutduğun qədər yoxam...

Unutduğun qədər yoxam...

***

-Salam. Necəyəm?

yanğın ortasında buraxılmış körpə kimiyəm –

                                        qundaqda.

Ardından heç vaxt

Günəşin doğmayacağı təpə kimiyəm –

                                uzaqda...

Ya da lazımsız bir əşya düşün otaqda;

ağlına bir şey gəmir, hə?..

Bax, bax, o mənəm...

 

Ağlına gəlməyən nə varsa, hamısı mənəm, mən.

 

Xatırladığın qədər varam,

Unutduğun qədər yoxam.

Günah içindədir

üstüm,

başım,

yaxam...

 

Mən indi, hamının unutduğu bir ünvanam,

Heç kəsin qapısını döyməyəcəyi bir insanam;

Sol çiynimdəki mələyin sağ əliyəm,

Sağ çiynimdəki mələyin qatiliyəm –

dəliyəm mən, dəliyəm!

 

Quyuda ipi kəsilmiş peyğəmbər də mənəm,

hamının ümid etdiyi xeyir,

özünə xeyri olmayan nəfər də mənəm,

şər də mənəm.

Əl açılıb dua edilən göy də mənəm,

Üstündə gəzənləri bir gün udan,

içinə qatan yer də mənəm,

Nəyinə lazım, necəyəm?!

Sanki sənin,

onun,

bunun dərdi mənəm.

 

Hələ də soruşursan necəyəm?

Paylaş bunu :

0 YORUM yazılıb (Komment):

Yorum Gönder

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2025. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru