İlk səhifə » » Eşq olmasa olmazdı

Eşq olmasa olmazdı



Eşq olmasa olardı, həyatımız tüfeyli,
Eşq olmasa olmazdı həyatın bizə xeyri.

Eşqdir bizə bu dünyanı, həyatı sevdirən,
Eşq olmasa olardı çox insan əliəyri.

Eşq insanı insana daha yaxşı tanıdır,
Eşq olmasa olmazdı sevənlər heç gileyli.

Eşqdir bizə nəzakəti öyrədən o məfhum;
Eşq olmasa olardı məramımız da qeyri..

Eşqin olub hər bir zaman, hər yerdə sorağı,
Eşq olmasa olardımı Məcnun ilə Leyli?

İnsanda gözəl duyğular eşqdən doğulursa,
Eşq olmasa olmazdı, nə Zamir, nə də şeiri.

03.08.2007
Paylaş bunu :

0 YORUM yazılıb (Komment):

Yorum Gönder

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2025. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru