
Bir gün tale bizi görüşdürər:
Sən mənə tərəf gələrsən,
Mən isə görməzlikdən gələrəm.
Sən mənə qaçıb quçaqlaşmaq istəyərsən,
Mən oradan qaçıb uzaqlaşmaq istəyərəm.
Sən donub yerində qalarsan,
Mən insanların arasında itərəm.
Sən mənsiz məyus olarsan,
Mən məyus olmamaq üçün gedərəm.
İllərlə içində yığılıb qalmış həsrət –
eşq qırıntıları axar gözlərindən,
yuyar məsum üzünü.
Önündən yüzlərlə insan keçər,
gözlərinin önündən isə xatirələrimiz..
Ətrafda dönüb-dolaşan
insanlardan xəbərin olmaz,
Çünki mənli fikirlər
dönüb-dolaşar beynində.
Sonra mənə hirslənərsən,
göz yaşlarına heyfin gələr;
əlinin tərsi ilə silərsən,
“Hıh” deyib, acı bir gülüşlə gülərsən..
Və çantandan çıxarıb güzgünü –
Qaydaya salarsan özünü;
axmış makiyajını,
gözünü, qaşını,
üstünü-başını..
Oradan ayrılarsan,
evinə aparar səni ayaqların.
Çünki evlisən sən, evin var,
“qismətim” deyib getdiyin ərin var.
Qismət kiminin ayağına gəlir,
kimininsə qarşısına çıxar.
Ayağına gələn qismət mən idim,
qarşına çıxan o..
Sən onu seçdin..
Məni tapdalıyıb keçdin.
Bir gün tale bizi görüşdürər:
Sən mənə tərəf gələrsən,
Mən isə görməzlikdən gələrəm.
Bir zamanlar sənin mənə etdiyin kimi.
Bir gün tale bizi görüşdürər:
Sən mənə qaçıb quçaqlaşmaq istəyərsən,
Mən oradan qaçıb uzaqlaşmaq istəyərəm.
Çünki sən mənim qismətim deyilsən,
yoxsa qismətdən qaçmaq olmaz.. (:
24.04.2012
Yaxwi werdi. Ugurlar
YanıtlaSil"qismet kiminin ayağına gelir,kiminin qarşısına çıxır...sen ayağına geleni değil qarşına çıxanı seçdin"...ayağına gelenin heç zaman gedrini bilmir insan ...çox menalıydı..tebrik edirem Zamir..gelemin susmasın..
YanıtlaSilDiqqətinizə görə çox sağ olun!
YanıtlaSilQismetdirse qacmaq olmur,hara qacsan da qismet ozu seni tapir.Cox gozel seirdir.Ureyine saglik,Zamir.
YanıtlaSilU r perfect
YanıtlaSil