
Ədəbsizlikdir deməyin,
ədəb
sizlikdir - ədəb sizdən ibarətdir..
Eşq; sən və məndən
xoşbəxtlik isə “biz”dən ibarətdir,
Kiməsə ’sevgi’; kitabdolu cümlələrdən,
kiməsə bir sözdən ibarətdir..
Kiməsə ’evlilik ’; hər an birgə yaşamaqdan,
Kiməsə ’bağlılıq’; ehtiyacdan,
kiməsə ötəri hissdən ibarətdir.
Kiməsə ’həyat’; var olanla yetinməkdən,
kiməsə artıq puldan və seksdən ibarətdir.
Kiməsə ’gələcək
’; arzulardan, planlardan,
kiməsə məchuldur, “X (iks)”-dən ibarətdir..
// Zamir Erkin Agazade / 04.08.11
Hiç yorum yok:
Yorum Gönder
*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru