İlk səhifə » » Qarabağ bizimkidir

Qarabağ bizimkidir


Gözəl Azərbaycanı
Alçaqlar tez sezdilər.
Oldu savaş meydanı
Tarix boyu əzdilər.
Parçalandı, bölündü-
Nə qədər yara aldı.
Və bir düşmən göründü:
Ondan bir yara qaldı-
O sonuncu yaranın
Adı Qarabağ oldu,
Bu xalqın sinəsindən
Silinməz bir dağ oldu!
Əkilən ağaclardan
Dərmədik barımızı.
Evləri yandıranlar
Sındırdı tarımızı...
Qadın-uşaq bilmədən
Düşmən davrandı qaba,
Düşdülər diyar-diyar
Bütün qohum-əqraba!

Qarabağda olanlar
Böyüdü Qarabağsız.
Saçı qara şəxslərin
Saçı ağardı vaxtsız.
Ürəyin yanğısından
Nənələr dedi “ağı”,
İndi yuxularında
Görürlər Qarabağı!
Qarabağ ağlayarkən
Çoxu gülmərəm deyir,
Qarabağı görmədən
Heç kəs ölmərəm deyir!
Həsrətimiz də artır-
Calandıqca il-ilə.
Amma “bəzi”si yatır
Fil qulağında hələ!
Əgər Sabir yaşasa,
Vallah bir səs salardı,
“Yatmışları oyadaq”
Desəm, – razı olardı...
Çünki bizim yurdun
Dağları dumanlıdır,
Ordakı gül-çiçəklər,
“Xarıbülbül” qanlıdır!
Əzazil düşmənlərin
Allah bəlasın versin!
İstəmirəm pis əllər
Zərif gülləri dərsin,
İstəmirəm ki, yağı
Gəzsin bizim ellərdə!
Qarabağın taleyi
Əzbər olub dillərdə
Adı kimi bu yurdun
Taleyi qara imişş
Qarabağsız millətim,
Vətənim qara geymiş.
Tapdandıqca Qarabağ-
Sanki ruhum tapdanır.
Necə mən inciməyim,
Axı yurdum tapdanır?!
Qarabağda qalıbdır
Ata-baba qəbrimiz,
Tükənsə də ömür-gün,
Tükənməyir səbrimiz!
Qarabağda qalıbdır
Gözəl, dilbər guşələr-
Ən şəfalı bulaqlar,
Ən səfalı meşələr...
Qarabağı görməyə
Hamıtək içim gedir...
Qarabağ düşmənin, yox
Qarabağ bizimkidir,
QARABAĞ BİZİMKİDİR!!!

                                (“Qeyrət Qalası” qəzeti, 1-30 iyun 2007-ci il)
P.S. Bu şeir mənim dövri-mətbuatda çap olunan ilk şeirimdir.
Paylaş bunu :

1 YORUM yazılıb (Komment):

  1. ELBETTE BIZIMDI!Inwallah tezlikle esl qelebe weirini de yazarsan!

    YanıtlaSil

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru

Kahraman Tazeoğlu Zamir Erkin'i tebrik etti (DİNLE)

Bu gün Kahraman Tazeoğlu Bakü'deki şiir etkinliğinin sonunda mühabirlerin sorularını cevapladı. Sohbet esnasında bir sözün, şiirin ...

Populyar Postlar

 
Support : 1azŞeir | InstaART | Fan Page
Copyright © 2011-2025. Zamir Erkin AGAZADE - All Rights Reserved
Template Created by Creating Website Redesigned by ZEA DEsign
E-mail: zmr@lenta.ru